Siyasət

David İşxanyan iki dəfə Bakıdan Ermənistana zəng edib

Qarabağdan qovulmuş separatçıların qondarma “parlament sədri” David İşxanyan iki dəfə Bakıdan Ermənistandakı qohumları ilə əlaqə saxlayıb. 

Savash.org xəbər verir ki, bu barədə onun oğlu “Azatutyun” müxbirinə bildirib.

Onun sözlərinə görə, atası birinci dəfə oktyabrın 10-da, ikinci dəfə isə oktyabrın 13-də zəng edib.

“O dedi ki, hər şey yaxşıdır, başqa heç nə yoxdur” deyən Armen İşxanyan oktyabrın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin atasına baş çəkdiklərini bildirib.

Azərbaycanın Xocavənd rayonunda anadan olmuş 1958-ci il təvəllüdlü Davit İşxanyan 3 oktyabr 2023-cü il tarixində Xankəndidə saxlanılaraq Bakıya gətirilib.

Məhkəmə onun barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 214-3.2 (terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə) və digər maddələrilə ittiham edilməklə məsuliyyətə cəlb olunub.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button