Siyasət
Ərdoğan Abdullahianı qəbul etdi – FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran XİN başçısı Hüseyn Əmir Abdullahianı qəbul edib.
Savash.org xəbər verir ki, bu barədə Türkiyə PA məlumat yayıb.
Görüş Abdullahianın Türkiyəyə səfəri çərçivəsində baş tutub. Qəbul Prezident İqamətgahında keçirilib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.