Siyasət

“Ermənistan Azərbaycanla danışıqlara hazırdır” – Akop Arşakyan

Ermənistan dəfələrlə Azərbaycanla danışıqlara hazır olduğunu bəyan edib. 

Savash.org xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə parlamentin sədr müavini Akop Arşakyan Azərbaycanın Ermənistanı birbaşa danışıqlara başlamağa çağırması ilə bağlı sualı cavablandırarkən deyib:

“İrəvan birbaşa danışıqlara hazırdırmı” sualına Akop Arşakyan belə cavab verib:

“Ermənistan dəfələrlə bəyan edib ki, danışıqlara hazırdır. Bundan başqa, müxtəlif sülh müqavilələri layihələrinin mübadiləsi aparılır. Bizim Xarici İşlər Nazirliyimiz mütəmadi olaraq xəbər olanda buna münasibət bildirir. Əgər İrəvana təkliflər olan sənəd göndərilirsə, İrəvandan isə təkliflər Bakıya ötürülürsə, bu, danışıqlar deyilsə, nədir”.

Parlament sədrinin müavini vurğulayıb ki, Ermənistan heç vaxt danışıqlardan yayınmayıb və səmərəli hesab etdiyi platformalarda danışıqlarda iştirak edib.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button