Siyasət
ABŞ Dövlət Departamenti Azərbaycanı tənqid atəşinə tutdu
Dövlət Departamentinin mətbuat katibi Ceyn Psaki çərşənbə günü Vaşinqtonda brifinq zamanı həbs olunmuş jurnalist Xədicə İsmayılovanın taleyinə toxunub.
O, bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə qarşı məhdudiyyətlərin artması onları dərindən narahat edir: \”Biz Azərbaycan hakimiyyətini öz vətəndaşlarının hüquqlarına hörmətlə yanaşmağa və onların öz fikirlərini azad ifadə etməsinə şərait yaratmağa çağırırıq\”.
Onun fikrincə, Azərbaycan daha azad cəmiyyət yaratmaqla öz stabilliyini daha da yaxşılaşdıra bilər.
\”Biz, əlbəttə, Azərbaycan hökuməti ilə ünsiyyət zamanı mətbuat azadlığı və vətəndaş cəmiyyətinin məhdudlaşdırılması ilə bağlı məsələləri qaldırırıq”, – Psaki vurğulayıb.