Siyasət

İqtidar-müxalifət görüşü qapalı gedir – media zaldan çıxarıldı

İqtidar-müxalifət görüşü qapalı gedir - media zaldan çıxarıldıGörüşdə hər partiyadan iki nəfər iştirak edir və dialoq mətbuata qapalı keçirilir

İqtidar və müxalifət partiyaları arasında bu günə nəzərdə tutulmuş dialoq artıq başlayıb. Əməkdaşımızın BMM-dən verdiyi xəbərə görə, görüşə nəzərdə tutulduğundan daha çox siyasi partiya təmsilçiləri gəlib. Belə ki, iqtidar-müxalifət görüşünün 8 partiya arasında keçirilməsi nəzərdə tutulsa da, görüşə daha çox təşkilat dəvət olunub.

İqtidar düşərgəsini Prezident Administrasiyasnın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov başda olmaqla, nümayəndələr təmsil edir.

Əməkdaşımız bu durumla bağlı Ümid partiyasının sədri İqbal Ağazadənin rəyini soruşub. İ.Ağazadə cavab verib ki, onlar da belə bir situasiyanın yaranacağını gözləmirmişlər və bunun səbəbini soruşacaqlar: \”Lakin bundan da xüsusi narahat deyilik\”.

\”Yeni Müsavat\”ın reportyoru Cavansir Abbasın verdiyi məlumata görə, toplantı başladıqdan bir az sonra mətbuat nümayəndələri zaldan çıxarılıb, görüşün qapalı keçirilməsi nəzərdə tutulub. Tədbirdə hər partiya sədrindən əlavə, daha bir nəfər nümayəndə qalmaqla yerdə qalan hər kəsin zalı tərk etməsi xahiş olunub. Giriş sözü ilə çıxış edən iqtidar təmsilçisi Əli Həsənov müxalifətlə dialoqda olan hakimiyyətin daima güclü olduğunu bildirib: \”Bu gün ölkəmizin aparıcı müxalifət partiyalarının bir qrupunun təşəbbüsü ilə belə bir görüş keçirilir. Bundan əvvəl də bu tip görüşlər olmuşdu. İstədiyimiz mövzuda fikir mübadiləsi aparacağıq. Biz daim dialoqa hazır olmuşuq\”.

Görüş saat 13-ə qədər davam edəcək. Tədbirdən sonra mətbuata geniş açıqlama veriləcəyi gözlənilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button