Siyasət

Obamanı Azərbaycana qarşı sanksiya tətbiqinə çağırdılar

Obamanı Azərbaycana qarşı sanksiya tətbiqinə çağırdılarAzərbaycanda vəziyyəti izləyən amerikalı analitiklər və fəallar Obama administrasiyasını ölkədə insan hüquqlarının pozulması fonunda Azərbaycan hakimiyyətinə qarşı sanksiya tətbiq etməyə çağırıblar.

Bu çağırışlar cümə günü Vaşinqtonda Amerika Azərbaycanlıları Cəmiyyətinin (AZAD) təşkil etdiyi dinləmələrdə səslənib.

“Təəssüf ki, Azərbaycan hökumətinin hərəkətləri göstərir ki, Heydər Əliyevin dövründə ABŞ və Azərbaycan arasında mövcud əməkdaşlıq başa çatacaq”, – ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç bildirib.

Buna sübut kimi, o, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sözlərindən sitat gətirib. Belə ki, R.Mehdiyev bildirib ki, ABŞ prezident İlham Əliyevi devirmək üçün sövdələşmələrdə iştirak edir: \”Mehdiyev bizi Azərbaycanda hakimiyyəti devirmək istəyən “beşinci kolon” adlandırır. ABŞ ilə çalışan QHT -lər “Azərbaycanın xəyanətkarları” adlandırılır\”.

Sonra o, Azərbaycanın dövlət məmurlarının prezident Obamaya birbaşa hücumlarını qeyd edib.

Keçmiş səfir cavab tədbirləri kimi rəsmi Vaşinqtona təklif edib ki, ABŞ vətəndaşlarına xəbərdarlıq etsin. Belə ki, Azərbaycana səfər zamanı onlar izlənilə bilər, gizli çəkilişə və s. məruz qala bilər. “Onlarla digər başqa hadisələr də baş verə bilər. Əgər Əliyev hökumətinə diplomatik təzyiq təsir etmirsə. sanksiyalara baxmağın vaxtı çatıb.

Bu, insan haqlarının pozulmasının hansı nəticələrə səbəb olacağını hökumətə göstərəcək”, – Kozlariç vurğulayıb.

Freedom House-un keçmiş prezidenti, hazırda isə Makkeyn İnstitutunun direktoru David Kramer öz çıxışında bildirib ki, əgər hökumət öz vətəndaşlarına hörmətlə yanaşsa sanksiya olmayacaq.

“Sanksiyalar rejim dəyişikliyi üçün lazım deyil, rejimin özünü dəyişməyin vacibliyini anlaması üçündür”, – o vurğulayıb.

Kramerin sözlərinə görə, Azərbaycan təkcə Qərb prinsiplərini deyil, universal prinsipləri də pozur.

“Heç kim Azərbaycanla münasibətlərin pis olmasını istəmir. Ancaq getdikcə daha da korrupsiyaya uğrayan və daha da avtoritar olan rejimlə yaxşı münasibət qurmaq çətindir”, – o qeyd edib.

Kramer əlavə edib ki, son vaxtlar Azərbaycanda vəziyyət xeyli pisləşib. Hazırda ölkədə 100-dən çox siyasi məhbus var. Bu, sanksiya tətbiq etdiyimiz Rusiya və Belarusda olduğundan iki dəfə çoxdur. “Odur ki, onların azadlığa buraxılması məqsədilə təzyiq göstərmək lazımdır”, – o vurğulayıb.

Kramer həmçinin təklif edib ki, bütün avropalı siyasi liderlər bu ilin fevralında Soçi olimpiya oyunlarında olduğu kimi 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarını boykota çağırsınlar.

“Əliyevin Qərbin siyasi liderləri ilə mərkəzi stadionda yanaşı dayanmaq imkanlarından məhrum edilməsi onun imicinə ciddi zərbədir” – Kramer bildirib.

Sonra çıxış edən AZAD rəhbəri Elmar Şahtaxtinski və onun müavini Qorxmaz Əsgərov bildiriblər ki, sanksiya tətbiq etməyin vaxtı çoxdan çatıb (\”Turan\”).

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button