Siyasət

AXCP-dən ironik reaksiya: \”Müxalifətsiz \”iqtidar-müxalifət dialoqu\”

AXCP-dən ironik reaksiya: "Müxalifətsiz "iqtidar-müxalifət dialoqu"Bir qrup müxalifət partiyası təmsilçilərinin bu gün Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənovla görüşü gündəmin əsas mövzularındandır. İqtidar-müxalifət dialoqu kimi təqdim olunan həmin görüşlə bağlı AXCP-dən ironik reaksiya gəlib. Savash.org-un məlumatına görə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sözügedən görüşlə bağlı fikirlərini facebook hesabında paylaşıb. Həmin fikirləri olduğu kimi təqdim edirik:

\”Nə qədər pardoksal görünsə də bu gün müxalifətin iştirakı olmadan iqtidar- \”müxalifət\” dialoqu keçirilib. Bu günkü görüşdə müxalifət adından iştirak edənlərin heç biri müxalifəti təmsil etmirdilər.Dialoqun əhəmiyyəti və zəruriliyi o zaman olur ki, hakimiyyətlə ona müxalif olan kəsimlər arasında konfliktləri və qarşıdurmanı aradana qaldırmaq, riskləri önləmək üçün müzakirələr aparılsın.
Əgər görüşdə müxalifət adından iştirak edənlər heç bir ciddi siyasi struktura və elektorota sahib deyillərsə,cəmiyyətdə müxalifətçi kimi qəbul edilmirlərsə, o zaman onlarla keçirilən görüşün də heç bir siyasi əhəmiyyəti yoxdur və bu sadəcə dialoqun imitasiyasıdır.Bu tipli \”siyasi maskardalardan\” hər həftə keçirmək olar, ancaq bunun iqtidar müxalifət münasibətlərinə heç bir təsiri olmaz
Hakimiyyət real müxalifət partiyasına qarşı represiya və təzyiqləri davam etdirirsə demək iqtidarın səmimi dialoq niyyəti yoxdur. Ona görə də iqtidar real müxalifətlə deyil, \”siyasi genetikası\” dəyişdirilmiş saxta müxalifətlə dialoq tamaşası qurur ki, beynəlxalq aləmi və xalqı aldatsın. Bu yolla özünün konstruktiv, müzakirəyə açıq, tolerant obrazını yaratmaq istəyir.
Yox ,əgər belə deyilsə hakimiyyət siyasi məhbusları azad etməklə, represiyalara son verməklə real müxalifətlə dialoqa hazır olduğunu göstərə bilər\”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button