Siyasət

İlham Əliyev, Yıldız və Şefçoviç arasında sensasion razılaşma

İlham Əliyev, Yıldız və Şefçoviç arasında sensasion razılaşmaÖtən həftə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin energetika naziri Taner Yıldız və Avropa İttifaqının energetika üzrə yeni komissarı Maroş Şefçoviç arasında sensasion enerji razılaşması əldə olunub.

Almaniyanın “Der Spiegel” jurnalı tərəflərin TANAP qaz kəmərinin buraxılış gücünün 20 milyard kubmetr artırılmasını razılaşdırıblar.

Məlumata görə, TANAP-ın buraxılış gücünün artırılmasını Azərbaycan prezidentindən Avropa İttifaqı (Aİ) xahiş edib. Bu xahiş Rusiya prezidentinin “Cənub axını” qaz kəmərinin tikintisini dayandırmaq və eyni buraxılış gücünə malik yeni kəməri Türkiyəyə istiqamətləndirmək barədə qərarından sonra edilib.

Rusiyanın Türkiyəyə çəkməyi planlaşdırdığı yeni qaz kəməri Yunanıstan üzərindən Avropanın cənubuna çıxmalıdır. TANAP-la nəql olunan Azərbaycan qazı da eyni marşrutla Avropanın cənubuna çıxacaq.

TANAP kəməri ilə ildə 16 milyard kubmetr “Şahdəniz” qazının nəqli nəzərdə tutulmuşdu. Bu həcmin 6 milyard kubmetri daxili tələbatı ödəmək üçün Türkiyədə qalacaq, qalan 10 milyard kubmetri TAP kəməri ilə Avropaya nəql olunacaq. Gələcəkdə kəmərin nəql gücü 31 milyard kubmetrə çatdırılmalıdır.

Aİ-nin enerji komissarı M.Şefçoviç “Der Spiegel”ə açıqlamasında razılaşmanı təsdiqləyərək deyib ki, TANAP-ən nəql gücünün artırılması üçün texniki zəmin var. Onun sözlərinə görə, layihənin bütün tərəfdaşları bununla razıdır ki, kəmər 2019-cu ildə istifadəyə verilməlidir.

Beləliklə, TANAP-ın 2019-cu ildə əvvəlcə planlaşdırıldığı kimi, 16 milyard kubmetr nəql gücü ilə deyil, 20 milyard kubmetr nəql gücü ilə işə düşəcəyi bəlli olur. Bu isə layihəyə yatırılacaq investisiyanın da həcminin artması deməkdir.

Rusiyanın “Cənub axını”nı dayandırması Avrasiya regionunda bütün enerji kartlarını qarışdırıb və Avropa İttifaqında çaşqınlıq yaradıb. Əslində kəmərin tikintisini Aİ əngəlləyirdi, ancaq Brüssel üçün Putinin qərarı gözlənilməz olub.

Virtualaz.org

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button