Siyasət

YAP-çı deputatdan \”Yeni Müsavat\”a məsləhət: \”Yazsın ki…\”

YAP-çı deputatdan "Yeni Müsavat"a məsləhət: "Yazsın ki..."“Yeni Müsavat” qəzeti Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun təhsil naziri olmaq istədiyini yazıb.

Qəzet bunu onunla əsaslandırıb ki, son zamanlar deputat ən çox təhsil nazirini tənqid edir. Savash.org xəbər verir ki, bununla bağlı S. Novruzov SİA-ya açıqlama verib. O, deyib ki, indiyə qədər ən çox tənqid etdiyi siyasi təşkilat Müsavat Partiyası olub: “Müsavat Partiyasının son mitinqi də göstərdi ki, bu partiya artıq mövcud deyil, 5-10 nəfəri meydana güclə toplaya bilir. Əslində bu partiyaya yeni lider, Rauf Arifoğlunun dediyi kimi, aslan lazımdır. Aslanlar da YAP-da kifayət qədərdir. Əgər bu məntiqlə çıxış edilsə, belə çıxır ki, mən Müsavat başqanlığına da iddialıyam? Belə olan təqdirdə \”Yeni Müsavat” qəzeti yazsın ki, Siyavuş Novruzov Müsavat Partiyasının başqanı olacaq”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button