son xəbər

Prokurorluq \”Azadlıq\” radiosunun Bakı ofisini möhürlədi – (Yenilənib 3)

Prokurorluq "Azadlıq" radiosunun Bakı ofisini möhürlədi - (Yenilənib 3)

\”Azadlıq\” radiosunun yaydığı son məlumata görə, prokurorluq işçiləri radionun Bakıdakı ofisində axtarış işlərini başa vurub ofisin qapısını möhürləyirlər.

Vəkil Yalçın İmanov bildirib ki, müstəntiq mühafizə üçün polis əməkdaşlarını çağırıb. Yəqin ki, qapılar möhürləndikdən sonra polisə təhvil veriləcək.

Müstəntiq onu da bildirib ki, ola bilsin növbəti istintaq hərəkətləri üçün ofisə baş çəkəcəklər.

* * * 16:24

“Azadlıq” radiosu Baş Prokurorluq əməkdaşlarının radionun Bakı ofisində apardığı axtarış-götürmə əməliyyatı ilə bağlı yeni xəbər yayıb.

Xəbərdə deyilir ki, prokurorluğun əməkdaşları radionun Bakı bürosunda seyfi sındıraraq oradan radionun sənədlərini, möhür və blanklarını götürüblər. Bundan başqa, ofisdən radioya məxsus yaddaş kartları, server kompüteri, 2 noutbuk, fotoaparatlar və videokameralar götürülüb.

* * * 13:00

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, axtarış Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsinin əməkdaşları tərəfindən aparılır. Axtarış radionun əməkdaşı Xədicə İsmayılova barəsində açılmış cinayət işi ilə bağlı deyil. “Axtarış Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır”.

* * *12:28

Bu dəqiqələrdə “Azadlıq” radiosu məsələ ilə bağlı qısa məlumat yayıb. Həmin məlumatda deyilir: “Bu gün təxminən saat 10:30 radələrində Baş Prokurorluğun əməkdaşları “Azadlıq” radiosunun Bakı bürosunda axtarışa başlayıblar.

Axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.

Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışa iki radio əməkdaşının da iştirakı qoşulub”.

* * *11:58

Dekabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı “Azadlıq” radiosunun Bakı ofisinə, Yasamal rayonundakı “Kaspian Plaza” Mərkəzinə gəliblər.

“Media forum” saytı xəbər verir ki, prokurorluğun əməkdaşları axtarış-götürmə əməliyyatı aparır. Prosesdə radionun vəkili Yalçın İmanov da iştirak edir. Bu əməliyyatın Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlı olduğu bildirilir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button