son xəbər

AXCP üzvü dələduzluqda ittiham edilir: 7700 manat…

AXCP üzvü dələduzluqda ittiham edilir: 7700 manat...Dələduzluq etdiyi üçün axtarışda olan şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, vətəndaş Fəridə Zülfüqarovanın 7700 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə istintaqdan yayınan Bakı şəhər sakini Asif Yusifov saxlanılmış və Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button