son xəbər

Millimizin yeni baş məşqçisi Robert Prosineçki kimdir?

Millimizin yeni baş məşqçisi Robert Prosineçki kimdir?
Xəbər verdiyimiz kimi, AFFA Azərbaycan milli futbol komandasının baş məşqçisi postunu xorvat Robert Prosineçkiyə təklif edib. “Media forum” saytı onun ömür yolunu oxucuların diqqətinə çatdırır.

Prosineçki 1969-cu ildə Almaniyada doğulub, ana vətəni Xorvatiyada böyüyüb.

Futbolçu karyerasına Zaqreb “Dinamo”sunda başlayan Prosineçki daha sonra “Srvena Zvezda”nın (Serbiya) şərəfini qoruyub.

Yarımmüdafiəçi mövqeyində oynayan futbolçu İspaniyanın “Real”, “Ovyedo”, “Barselona”, “Sevilya”, Belçikanın “Standard”, İngiltərənin “Portsmut” komandalarının və bir neçə başqa klubun da formasını geyinib.

Yuqoslaviya milli komandasında 15 oyun (4 qol), Xorvatiya yığmasında 49 oyun (10 qol) keçirib.

Gənclər arasında dünya çempionu (1987), gənclər arasında Avropa vitse-çempionu (1990), UEFA Çempionlar kubokunun sahibi (1991), dünya futbol çempionatının bürünc mükafatçısıdır (1998).

Müxtəlif ölkələrin milli çempionatlarında və kubok yarışlarında çoxsaylı mükafatlar qazanıb.

O, Xorvatiya yığmasının məşqçilərindən, “Srvena Zvezda”nın və Türkiyənin “Kayserispor” komandasının baş məşqçisi olub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button