son xəbər

Baş nazirin müavini Bakıda 20 mərtəbəli bina tikdirib – Foto

Baş nazirin keçmiş müavini, yazıçı Elçin Əfəndiyev 2011-ci ildə təsis edilmiş, 2015-ci ilin aprelində yeni adla qeydiyyatdan keçmiş “Tərəqqi-ARNK” MMC-nin təsisçisi və qanuni təmsilçisidir.

“SAVAŞ” xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, şirkət əvvəllər “Tərəqqi-NK” Mənzil-Tikinti Koorperativi adı altında fəaliyyət göstərib, hökumət sifarişi üçün təsis edilib və Elmlər Akademiyası metrosu yaxınlığında, H.Zərdabi küşəsi 74-də Nazirlər Kabinetinin işçiləri üçün 20 mərtəbəli bina inşa edib.

Baş nazirin hansı müavini Bakıda 20 mərtəbəli bina tikdirib? - Foto

“Tərəqqi-ARNK” MMC Nizami rayonu, Şirin Mirzəyev küçəsi ev 79, mənzil 24-də hüquqi qeydiyyatdadır. Həmin ünvanda daha bir şirkət – “Tahirov Group” MMC də qeydiyyatdadır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button