son xəbər

“Lider” TV-nin yayımı niyə dayandırılıb? – Rəsmi açıqlama

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Lider” televiziya kanalının yayımının dayandırılmasına münasibət bildirib.

“SAVAŞ”ın məlumatına görə, MTRŞ-ın Aparat rəhbəri Asəf Hacıyev “Report”a açıqlamasında bildirib ki, televiziya daxili texniki problemlər səbəbindən yayımını dayandırıb:

“Biz dünən axşam və bu gün səhər “Lider” televiziyası ilə əlaqə saxlamışıq. Problemin nə olduğunu öyrənmişik. Televiziya dünən axşamdan indiyə qədər texniki nasazlıq səbəbindən yayımını dayandırıb. Texniki problemlər aradan qaldırılandan sonra televiziya yayımını davam etdirəcək”.

Qeyd edək ki, martın 10-da saat 22:01-də efirə gedən “Gecənin sehri” verilişi başlayandan sonra “Lider” TV-nin yayımı kəsilib. Hazırda telekanalın yayımı işlək deyil.

Xatırladaq ki, “Lider” TV 2000-ci ildən fəaliyyət göstərir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button