son xəbər
Qırğızıstanın sabiq Baş naziri: “Bütün dualarımız Azərbaycandakı bacı və qardaşlarımızladır”

Qırğızıstanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Comart Otorbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Savash.org-un xəbərinə görə, məktubda deyilir:
“Hörmətli Prezident Əliyev,
Şuşa şəhərinin azad olunması Qarabağın işğaldan tam azad edilməsi ilə nəticələnəcək olduqca mühüm bir addımdır. Bütün dualarımız Azərbaycandakı bacı və qardaşlarımızladır”.