son xəbər

Marqarita Simonyan: “Rusiyanı tənqid edən istənilən erməni çirkli dilini kəssin”

Rusiyalı jurnalist, RT telekanalının baş redaktoru Marqarita Simonyan Rusiyanı “maraqlarına” xəyanət etməkdə ittiham etdiyinə görə erməniləri tənqid edib.

Savash.org bildirir ki, M.Simonyan bu barədə özünün Telegram kanalında yazıb.

Məşhur yazar bildirib: “İndi Rusiyanı tənqid etməyə cəsarət edən hər hansı bir erməni gedib çirkli dilini kəssin. Ermənistan vətəndaşları yalnız özlərini tənqid edə bilərlər. Erməni xalqının yeganə tarixi müdafiəçisi ilə mübahisə edərək bu müharibənin ilkin şərtlərini yaratmış milli bir xaini hakimiyyətə gətirdikləri üçün. Hanı onun sorosları, Dövlət Departamenti, Pentaqonu, Makronu.., başqa kim var? Sizi xəritədə tapa bilmirlər. Yerevanı tapa bilməyəcəklər, nəinki Stepanakerti (Xankəndini). O da ola kömək etmək. Hər bir erməni bir şeyi başa düşməlidir: Rusiya olmasaydı, artıq gələn həftə bütün Qarabağ itirilə bilərdi. Bütöv. Qarabağın rəhbərindən soruşun”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists