son xəbər

20 aztəminatlı ailəyə yardım edildi – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə elan etdiyi müsabiqə üzrə “Pandemiya dövründə COVİD-19-la bağlı maarifləndirilmənin təşkili və sosial dəstəyin göstərilməsi” layihəsi icra olunub.

Sfera.az xəbər verir ki, “Ana və uşaq sağlamlıq mərkəzi” İctimai Birliyi layihə çərçivəsində Sumqayıt şəhərində koronavirus dövründə işsiz qalmış, sosial əlaqələri və işgüzar münasibətləri olmayan, ailə başçısını itirmiş 20 aztəminatlı ailələrə yardım məqsədi ilə ərzaq alış-verişi üçün kuponlar pandemiya şəraitini də nəzərə alaraq poçt vasitəsi ilə qeyd olunan ailələrə göndərib.

Həmçinin, vətəndaşları koronavirus pandemiyasının ciddiyyəti haqqında ətraflı maarifləndirmək üçün “Sağlam Ailə Sağlam Dünya” adlı kitab çap olunaraq paylanılıb. Kitabda pandemiya dövründə ailə-məişət zorakılıqlarının qarşısını alınması, sağlamlığın qorunması, insanlar ilə necə davranmaq, virusdan necə qorunmaq, ev şəraitində psixoloji durumu qorumaq barədə maarifləndirici məlumatlar yer alıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists