son xəbər

Rusiya MN: Laçın dəhlizi və Xankəndinə qədər yol minalardan tam təmizlənib

Rusiya sülhməramlıları Laçın dəhlizini və Xankəndinə qədər yolu minalardan tam təmizləyib.

Savash.org-un Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiya sülhməramlı kontingentinin mühəndis bölmələri Laçın dəhlizini və Xankəndinə qədər yolu minalardan, partlayış təhlükəsi olan əşyalardan, vurulmuş və zədələnmiş texnikadan tam təmizləyib. Bu gün saat 10.00-dan Laçın dəhlizi mülki nəqliyyat vasitələrinin tam təhlükəsiz hərəkəti üçün açılıb”, – deyə İ. Konaşenkov qeyd edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists