son xəbər

Erməni KİV-i: Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərir

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərmək niyyətindədir.

Bu barədə Sputnik “Joxovurd” qəzetinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hakim partiya vəzifədən gedəcək şəxslərin yerinə yeni kadrlar axtarır. Xüsusilə də qeyd olunur ki, əmək və sosial məsələlər naziri Zarui Batoyan, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, müdafiə naziri David Tonoyan və onun müavinləri vəzifəsindən azad olunacaq.

Ölkə rəhbərliyi hesab edir ki, Nazirlər Kabinetinin üzvləri Qarabağda müharibə günlərində fəaliyyətsiz olublar və ona görə də vəzifədən getməlidirlər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists