son xəbər

Zəlimxan Məmmədli “Elçibəy İnstitut“unda təmsil olunmayacaq – “Mənə təklif gəlməyib“

Aralarında İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli və Pənah Hüseynin də yer aldığı bir qrup müxalif fəal “Elçibəy İnstitutu” adlı yeni ictimai birlik yaradıb. Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin sözlərinə görə, burada əsas məqsəd Azərbaycan Milli Azadlıq və Demokratik hərəkatının lideri Əbülfəz Elçibəyin elmi, nəzəri və ideoloji irsini toplamaq, mühafizə və müdafiə, təbliğ və təşviq etməkdir.

Lakin vaxtilə mərhum eks-prezidentlə çiyin-çiyinə mübarizə aparmış tanınan simalarının bir çoxunun bu qurumda yer almaması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Maraqlıdır, Ə.Elçibəyini bəzi silahdaşları hansı səbəblə bu təşkilatın tərkibində yerə almayıb?

Milli Azadlıq Hərəkatının öncülərindən biri, mərhum AXCP sədri Əbülfəz Elçibəyin keçmiş müavini Zəlimxan Məmmədli Yenisabah.az-a açıqlamasında bildirib ki, hər bir kəsin tək və ya qrup halında qurum təsis edib ona ad seçmək hüququ var:

“Onları bundan çəkindirməyin heç bir hüquqi əsası yoxdur. Mənim düşüncəmə görə, Elçibəy elə bir fenomenal şəxsiyyətdir ki, onun yanında olub ondan nələrsə öyrənən insanlar öyrəndiklərini həyatda tətbiq edirlər. Çalışırıq ki, maksimum onun düşüncələrinə, onun siyasi konsepsiyasına uyğun davranaq, amma yaranan qurumla bağlı iddiam da yoxdur və onlara da uğurlar arzulayıram, başqa heç nə…”.

Həmsöhbətimiz bu təşkilata qoşulmaq barədə düşünmədiyini, heç bu barədə təklif də almadığını vurğulayıb:

“Mən onların nə qədər fəaliyyət göstərəcəklərini deyə bilmərəm. Onlar onu təsis ediblər, deməli, nəsə fikirləşirlər, yəqin ki, iş planları olacaq, hər halda bütün hallarda mövcud qanunvericilikdə insanların birləşmək, təşkilat qurmaq hüquqlarına ehtiramlı yanaşmaq lazımdır. Mənə bu təşkilata qoşulmaqla bağlı təklif gəlməyib, heç bu haqda düşünməmişəm də…”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists