son xəbər

Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən bölgələrdə fəaliyyətinə icazə verilən sahələr məlum olub

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 21 noyabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək həftə sonları 2 şəhər və 8 rayonda Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində fəaliyyətinə icazə verilən sahələr məlum olub.

Savash.org-un məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” qərarında əksini tapıb.

Qərara əsasən, aşağıdakı sahələrin fəaliyyətinə icazə veriləcək:

– hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;

– digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində);

– səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;

– kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları);

– yük daşımaları və logistika xidmətləri;

– Fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;

– kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti;

– apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;

– kütləvi informasiya vasitələrinin fəaliyyəti;

– maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti;

– mühafizə xidmətləri.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists