son xəbər

Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edir

Yerevanın mərkəzində müxalifət tərəfdarları etiraz aksiyaları keçirir, Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Savash.org bildirir ki, bu barədə “TASS” xəbər verib.

Tutqun havaya baxmayaraq, Yerevanın mərkəzindəki Azadlıq meydanında müxalifət mitinq təşkil edib. İnsanlar “Nikol, get” şüarını səsləndirirlər.

“Hökumətin yalnız bir gündəliyi ola bilər – hakimiyyəti təhvil vermək. Biz bu hakimiyyət tərəfindən hansı xəyanətkar hərəkətlərin həyata keçirildiyini bilirik. Siz hakimiyyətdə qalmağa çalışarkən yalnız vəziyyəti daha da ağırlaşdırırsınız. Çıxın gedin!”, – deyə parlamentin vitse-spikeri, müxalif “Çiçəklənən Ermənistan” partiyasının üzvü Vaqe Enfiadjyan bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists