son xəbər

Paşinyan Araik Arutyunyanı devirir? – Separatçıların başçısı Moskvaya qaçıb

Qarabağ separatçıların başçısı Araik Arutyunyan gizlicə Rusiya Federasiyasında səfərə gedib. 

 Savash.org xəbər verir ki, bu barədə “Mediaport” teleqram kanalı xəbər yayıb.

“Fakt budur ki, Nikol Paşinyan arvadı Anna Akopyanın lobbiçiliyinin təsiri altında Arutyunyandan qurtulmaq və Samvel Babayanı onun yerinə təyin etmək istəyir“- deyə, məlumatda qeyd olunur.

“Mediaport” bildirir ki, Araik Arutyunyan, Anna Akopyan-Samvel Babayan cütlüyünə qarşı gücsüz olduğunu başa düşərək, istefasının qarşısını almaq üçün Rusiyaya qaçıb.

O, Moskvadakı görüşləri zamanı Rusiya ilə problemi olan Samvel Babayanın ilk növbədə onun yerinə təyin edilməsinin Rusiya üçün pis nəticələnəcəyinə inandıraraq, Moskvadan kömək alacağına ümid edir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button