son xəbər

5 gün əvvəl Paşinyanı tənqid edən şəxs Ermənistanda nazir oldu

Ermənistanda yeni iqtisadiyyat naziri təyin olunub.

Savash.org xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, bu vəzifəyə biznesmen, “Menu.am” yeməkçatdırma şəbəkəsinin təsisçisi Vaan Kerobyan təyin olunub.

O, bu vəzifədə Tiqran Xaçatryanı əvəz edib.

Qeyd edək ki, Vahan Kerobyan qısa müddət əvvəl erməni ordusunun zəifliyindən danışaraq Azərbaycan ordusu qarşısında məğlubiyyətin haqq olduğunu bəyan etmişdi:

“Bizə nağıl danışırdılar. Deyirdilər ki, biz güclüyük. Biz səhvən hesab edirdik ki, ordumuz çox güclüdür, istədiyimiz hər şeyi edə bilərdik. Amma, əslində, cəmiyyətdə heç kim real vəziyyəti bilmirdi. İndi biz layiq olduğumuz nəticəni almışıq”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button