son xəbər

Füzulidə minaya düşən sabiq məmurla ailəsi imiş…

Xəbər verdiyimiz kimi, bu gün saat 15:20-də Azərbaycan vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

“SAVAŞ”-ın məlumatına görə, Şakir Hacıyev sabiq məmur olub. O, Füzuli rayon İcra Hakimiyyəti başçısının, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

Əslən Füzuli rayonundan olan sabiq şəhər icra nümayəndəsi 1955-ci ildə anadan olub. Həyat yoldaşı illər öncə vəfat edən H.Şakirin 4 qız övladı var. Hadisə nəticəsində həlak olanlardan Zibeydə Adilzadə Hacıyev Şakirin qızıdır. Digər həlak olan Hacıyev Firudin isə H.Şakirin qardaşıdır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button