son xəbər

Ermənistan müxalifəti Paşinyanın yerinə namizədini açıqladı

Qarabağda atəşkəslə bağlı üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın müxalifət partiyaları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Savash.org erməni mətbuatına istinadən xəbər verir ki, bu gün 16 siyasi partiya müvəqqəti hökumətdə ölkənin baş naziri postuna Vazgen Manukyanın namizədliyini irəli sürüb.

“Çiçəklənən Ermənistan” partiyası isə Manukyanın namizədliyi ilə razılaşmayaraq öz namizədinin adını açıqlayıb. Pariya digər siyasi strukturların qərarını dəstəkləmədiyini və Edmon Marukyanı baş nazir postunda görmək istədiyini bildirib.

Qeyd edək ki, Vazgen Manukyan 1990-1991-ci illərdə baş nazir, 1992-1993-cü illərdə isə müdafiə naziri olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button