son xəbər

Nazirlik məşhur özəl klinikanı bağladı, klinika isə…

Nazirlik məşhur özəl klinikanı bağladı, klinika isə...

Səhiyyə Nazirliyi Nərimanov rayonu, Xətai, 39 ünvanda yerləşən “Atlas” klinikasında yoxlama aparıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli virtualaz.org saytına bildirib ki, yoxlama zamanı klinikanın fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.

Bəlli olub ki, sənədlərdə nəzərdə tutulmadığı halda klinikada ginekoloji və doğuşa yardım xidməti göstərilib: “Klinikanın lisenziyası dayandırılıb. Klinika rəhbərliyinə nöqsanlar aradan qaldırılandan sonra təkrar müraciət etmələri məsləhət görülüb”.

A.Qədirli klinikanın fəaliyyətinin dayandırıldığını da qeyd etdi.

“Atlas Medical Center” MMC-nin daxili direktoru Məhəmməd Həsəni isə deyib ki, klinika fəaliyyətini davam etdirir: “Bizim klinika işləyir, nazirliyin qərarından isə xəbərdar deyilik”.

Direktor nazirliyin yoxlama apararaq nöqsanlar aşkarlaması xəbərini təkzib etsə də İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə, Prezident Administrasiyasına müraciət etdiklərini deyir: “Müraciət etmişik ki, xəbərləri yayanlara, jurnalistlərə qarşı tədbir görülsün. Klinikanın fəaliyyətinin dayandırılması xəbəri yalandır. Biz ginekoloji xidmət göstərməmişik”.

Məhəmməd Həsəni klinikanın Azərbaycanla İran iş adamlarının müştərək müəssisəsi olduğunu dedi: “Bu klinikanı naxçıvanlı və iranlı iş adamları birgə işlədir”.

Qeyd edək ki, klinikanın baş həkimi Sənubər Rəhimovadır.

Klinikanın “Şərq” bazarının sahibinə – naxçıvanlı iş adamına məxsus olması da gələn xəbərlər sırasındadır.

Qeyd edək ki, klnikanın bağlanılmasına dair ilk dəfə “Trend” məlumat yaymışdı.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button