son xəbər

Türkiyə sahillərində batan gəmidə ölənlərin sayı artdı – Yenilənib

Türkiyənin Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə Rusiyaya məxsus yük gəmisi batıb.

Savash.org Türkiyə mediasına istinadən xəbər verir ki, Bartın valisi uzunluğu 200 metr olan gəminin dalğalar səbəbindən Qara dənizin İnkumu sahilinə çata bilmədiyini və gəmidə 15 nəfərlik heyətin olduğunu bildirib.

Bartın limanındakı gəmilər axtarış-xilasetmə işlərinə cəlb olunub.

Ekipajın taleyi barədə hələlik heç bir məlumat yoxdur.

Gəmidəki 15 nəfərlik ekipaj üzvlərindən 2-nin cəsədi tapılıb, 5 nəfər isə xilas edilib.

İlkin məlumata görə, gəminin batmasına əlverişsiz hava şəraiti səbəb olub. Axtarış-xilasetmə tədbirləri davam etdirilir. 

Yük gəmisinin batması nəticəsində ölənlərin sayı 4-ə yüksəlib, 6 nəfər isə xilas edilib.

Bu barədə “TASS” xəbər verib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button