son xəbər

Salyan rayonunda vaksinasiyanın növbəti mərhələsi başlayıb – FOTOLAR

Salyan rayonunda COVID-19 infeksiyasına qarşı vaksinasiyanın növbəti mərhələsinə başlanılıb.

“SAVAŞ” xəbər verir ki, bu mərhələdə 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunacaqlar.

Xəstəxanada yaradılan peyvənd otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Vaksinasiya zamanı yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Randevu sistemi yaşı 65 və yuxarı olan, həmçinin son bir il ərzində COVID-19 analizinin nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.

Onlayn qeydiyyatdan keçə bilməyən vətəndaşlar isə birbaşa rayon mərkəzi xəstəxanasının infeksion şöbəsinə və yaxud qaynar xəttə müraciət edə bilərlər. Bundan əlavə rayonun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların razılığı olduğu halda onlayn qeydiyyatdan keçirilməsinə köməklik göstərilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button