son xəbər

İmişli kolxoz bazarında dəhşətli antisanitariya – Sakinlər kömək istəyir(VİDEO)

İmişlidə pandemiya ilə əlaqədar yaranan çətinlikləri əhali anlayışla qarşılayır. Çünki bütün ölkədə, hətta dünyada insanlar bu problemlə üz-üzə qalıblar. Hər ölkə individual şəkildə yaranan çətinlikləri həll edir.

Amma elə şeylər var ki, insanlar onu başa düşmür. Söhbət İmişli kimi regional mərkəzə çevrilmiş rayon mərkəzinin sovetdən qalma köhnə bir bazara möhtac olmasından gedir. Halbuki rayonda inşa edilmiş, bütün standartlara cavab verən yeni bazar inşa edilib. Ancaq ora boşdur. Köhnə bazarın ətrafı isə qaynayıb-daşır.

Qarşıdakı küşələrdə avtomobillər harda gəldi park edilib. Bazarın qarşısındakı küçələrdə də piştaxtalar qurulub, mer-meyvə, yaş tərəfəz asfaltın üstünə tökülərək satılır. Ərtafdakı arx və kanalların içi zibillə doludur. Bu haqda İmişli bələdiyyəsində vergi müfəttişi işləyən Səmədov Gülməmməd Səməndər oğlu deyil ki, bu yaranmış sıxlıq ucbatından insanlar bazara girə bilmir.

Bazarı işlədənlər bələdiyyədən parking üçün yer alıblar Ancaq oralara da piştaxtalar qoyublar. Natəmizlik baş alıb gedir. Halbuki rayonda müasir bazar tikilib. Amma boşdur: “Bu bazarın arxasında Ramiz Mehdiyev durub. Ona görə işləyir.

Biz indi Mehdiyevi hardan alaq ki, bu bazarı bağlasın, təzəni açsın. Dəfələrlə Mehriban xanıma yazmışıq ki, burda Mircəlal Paşayev adına ali məktəb açılsın. Qoy uşaqlarımız oxusun. Ətraf rayolardan belə gəlsinlər. Yoxsa bu üfunətli bazar nə vaxta kimi qalacaq. Sanki Dubaydı. Qadınlar bazara girə bilmir. Sıxlıqdı deyə 40 kişinin qucağından keçir. Müsəlman üçün ayıb bir şeydir.”

Səməndər Gülməmmədov deyir ki, sıxlığa görə maşınlar əks yola çıxır. Antisanitariyanı isə hamı görür. Heç kim cürət edib tədbir görmür. Adamı gecə ilə edam edərlər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button