son xəbər

Zərdab RİH-də Vətən Müharibəsi iştirakçısına vəzifə verildi – Təyinat

Prezident İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 7 yanvar 2021-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Zərdab Rayon İcra Hakimiyyəti başçısının 19.01.2021-ci il tarixli sərəncamı ilə Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb.

Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə hazırda  ehtiyatda olan polkovnik-leytenant  Bayramov Zinhar Beydulla oğlu şöbənin müdiri vəzifəsinə təyin edilib.

Bildiririk ki, Z.Bayramov 14 oktyabr  2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixədək Vətən müharibəsi döyüşlərində iştirak edib, Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button