son xəbər

Nəsimi rayonunda daha bir həyət abadlaşdırılıb – Foto

Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Həyata keçirilən tədbirlər çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun valideynlərinin yaşadığı A.Məhərrəmov küçəsi 35 saylı binada yerləşən 3 otaqlı mənzil əsaslı təmir edilib, şəhid ailəsinin və binada yaşayan digər sakinlərin istəkləri nəzərə alınaraq A.Məhərrəmov küçəsi 35 və 37 saylı binaların həyətlərində və ətraf ərazilərdə abadlıq-quruculuq işləri aparılıb, binanın giriş hissəsinə Şəhid N.Tarıverdiyevin barelyefi vurulub. Novruz bayramı ərəfəsində həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq A.Məhərrəmov küçəsi 35 və 37 saylı yaşayış binalarının fasadları və dam örtüyü əsaslı təmir olunub, yeni yağış suları axıdan navalça və borular quraşdırılıb, qapı və pəncərələr dəyişdirilib. 

Binaların həyətlərinə 2 ədəd söhbətgah, 4 ədəd oturacaq qoyulub, uşaq və şahmat meydançaları salınıb, müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları və 3 ədəd idman fitnes alətləri quraşdırılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button