son xəbər

Millət vəkili Ramil Həsən ittihamlara cavab verdi

Xəbər verdiyimiz kimi, Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı Almaree Wael Sulaiman Milli Məclisin deputatı Ramil Həsənin onun qızını qaçırması ilə bağlı iddiayla çıxış edib. O, deputatın ünvanına olduqca ağır ittihamlar səsləndirərək əlində övladını görməsi ilə bağlı məhkəmə qərarları olmasına baxmayaraq millət vəkilinin buna mane olduğunu bildirib.

Sözügedən qalmaqalla bağlı deputat Ramil Həsən “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, barəsində dərc olunanlar cəfəngiyyatdır və elə buna görə də geniş açıqlama verməyi tələb edən bir məsələ yoxdur: “Barəmdə yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Məsələ hüquqi müstəvidə araşdırılacaq. Siz də nəticəsini görəcəksiniz.

Düşünürəm ki, bu qarayaxmanı edənlər layiqli cəzalarını alacaqlar. Dövlətin inkişafı üçün çalışan birini ləkələməyin hesabını verəcəklər”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button