son xəbər

Vaqif prospektində yerləşən park sakinlərin istifadəsinə verilib – Nəsimi rayonunda abadlıq işləri davam edir

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər davam etdirilir.

“SAVAŞ” xəbər verir ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində sakinlərin asudə vaxtlarını səmərəli keçirilmələri üçün Vaqif prospekti boyunca X.Şuşinski və S.Rüstəm küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4000 kv.m. sahəsi olan parkda Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən başlanılmış abadlıq, quruculuq yenidənqurma və yaşıllaşdırma işləri başa çatdırılıb.

Hazırlanmış layihəyə uyğun olaraq parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirilmələri üçün tam şərait yaradılıb, yeni avadanlıq və qurğular quraşdırılib, yeni oturacaqlar qoyulub. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılaraq mövcud ağaclar budanıb, mövsümi çiçəklər əkilib, müasir tələblərə cavab verən 14 ədəd gecə işıqlandırılması sistemləri, 1 ədəd mühafizə kamerası quraşdırılıb, 2000 kv.m. əraziyə qazon, 1000 kv.m. əraziyə isə tamet daşları döşənib. Əsaslı təmir zamanı 370 p.m. yeni bardür daşları qoyulub, 500 metrdən artıq suvarma xətti çəkilmiş və bulaq kompleksi yaradılıb. Əlil arabalarının giriş-çıxışı üçün panduslar və 12 ədəd idman fitnes alətləri quraşdırılıb. Uşaq oyun və idman meydançalarına 200 kv.m. rezin örtük döşənib, şahmat meydançası salınıb.

Sakinlər əsaslı təmirdən sonra parkın istifadəyə verilməsinə və ərazidə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

 






reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button