son xəbər

Kür çayının sahilində kütləvi qanunsuz balıq ovuna kimlər göz yumur? – FOTO,VİDEO

Xatırladaq ki,bir neçə gün bundan əvvəl Bolgexeber.com-da Kür çayının sahilində qanunsuz balıq ovu ilə bağlı faktlara əsaslanan yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, Bolge.tv -nin əməkdaşları təbiətin mühafizəsi ilə bağlı reportaj hazırlayarkən Kür çayının Kürdəmir rayonundan keçən ərazisində olublar. Araşdırma aparan əməkdaşlar müşahidələr zamanı ərazidə çoxaylı qovaq ağaclarının kəsilməsinin , tor ilə, quraşdırılmış vintillər vasitəsilə qanunsuz balıq ovunun, qazıntının şahidi olublar. Məsələ bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məlumatlandırlsa da heç bir tədbir görülməyib.

Reportaj dərc olunandan sonra adıçəkilən əraziyə nəzarət edən 8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şahin Əliyev əməkdaşlarımıza zəng edərək onlara təhdid xarakterli sözlər deyib. Bildirib ki, guya biz böhtan atırıq və bütün məsələlər araşdırılır,çəkilənlər həqiqətə uyğun deyil. Lakin məsələ ilə bağlı dünən əməkdaşlarımız yenidən Kür çayının Kürdəmir və Zərdab rayonundan keçən sahil ərazilərində olublar,bu dəfə daha çox qanunsuzluqlar aşkar ediblər. Belə ki, əməkdaşlarımız Kür çayının sol sahilində, Zərdab ərazisində qanunsuz balıq ovu üçün nəzərdə tutulmuş 50 -yə yaxın tor, ” vintillər”, 20-yə yaxın qayıq, hətta balıqları məhv etmək üçün ,yoxsa nə məqsədləsə suyun içinə çəkilən elektrik xəttlərini aşkar ediblər. 8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şahin Əliyev bizi təhdid etməkdənsə təqdim edtiyimiz qanunsuz balıq ovu faktlarını araşdırsaydı yaxşı olardı.

Şahin Əliyev nazirliyə hesabat verərək faktları təkzib etməyə çalışsa da faktlar yenə göz qabağındadır. Artıq tərəfimizdən Şahin Əliyevlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər aidiyyatı qurumlara rəsmi müraciət olunub. Ümid edirik ki, tez-tez regionlarda tədbirlərdə iştirak edən ,montorinqlərin keçirilməsinə nəzarət edən , ekologiyamızın qorunmasında böyük işlər görən Ekologiya və Təbii Sərvətlər naziri hörmətli Muxtar Babayev məsələni ciddi araşdıracaq, nəzarətə götürəcək və məsələ öz həllini tapacaq.


 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button