son xəbər

Müharibənin son günü Şuşada şəhid olan Teymur Məcidzadə anılıb – FOTO,VİDEO

Vətən müharibəsinin qəhrəman şəhidlərindın biri olan baş leytenant Teymur Məcidzadə doğum günündə anılıb. 

TİA.Az xəbər verir ki, oktyabrın 10-da Bakının Nizami rayon ərazisində yerləşən “Montecarlo tower” restoranının rəhbərliyi tərəfindən təşkil edilən tədbirdə şəhidimizin ruhuna ehtiram göstərilib. Restoran rəhbərliyi T. Məcidzadənin xatirəsini yad etmək üçün mərasimin təşkilini üzərinə götürüb. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, qazilər iştirak ediblər. Mərasimdə şəhidin keçdiyi həyat və döyüş yolundan bəhs olunub, göstərdiyi şücaətdən, qəhrəmanlıqdan danışılıb, ruhuna dualar oxunub.

T. Məcidzadə əslən Füzuli rayonundandı, Nizami ərazisində yaşayıb, Dövlət İqtisad Universitetini bitirib. O, 28 yaşında şəhadətə yüksəlib. Gənc baş leytenant Cəbrayıl, Füzuli, Şuşa döyüşlərində iştirak edib. Qazilər, şəhidin yaxınları, onu tanıyanlar Teymurun vətənpərvər bir gənc olmasından danışıblar. Onlar qeyd ediblər ki, Məcidzadə hər zaman torpaqların döyüş yolu ilə azad olunması gününü gözləyib və əmr verilən kimi müharibəyə qoşulub.

O, noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda uyuyur. T. Məcidzadə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Tədbir iştirakçıları şəhidin ad gününün qeyd olunmasına görə təşkilatçılığı üzərinə götürmüş “Montecarlo tower” restoranı rəhbərliyinə təşəkkür ediblər.

               

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button