son xəbər

Evi yanan sakinlər polis bölməsində Abutalıbovu gözləyir

Evi yanan sakinlər polis bölməsində Abutalıbovu gözləyir
Azadlıq prospekti, 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında dünənki yanğın nəticəsində zərərçəkənlər hazırda Binəqədı Rayon Polis İdarəsi 5-ci polis bölməsinin həyətinə (Süleyman Sani Axundov, 6 ünvanda yerləşən) toplaşıblar.

Zərərçəkənlərin Goradil qəsəbəsində yerləşən pansionata yerləşdiriləcəyi gözlənilir.

Bu barədə virtualaz.org saytına zərərçəkənlər özləri məlumat veriblər.

Onların sözlərinə görə, hazırda 16 ailə polis bölməsinin həyətindədir: “Ailələr bura toplanılır. Səhər tezdən burdayıq. Bizi Bilgəhdəki sanatoriyaya yerləşdirəcəklərini deyirdilər. İndi isə Goradil qəsəbəsinə gedəcəyimizi öyrəndik. Dəqiq məlumat verilmir. Yaxın saatlarda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bura gələcəyini deyirlər. Hələlik hara gedəcəyimizi bilmirirk”.

Binəqədi Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, zərərçəkənlər müxtəlif sanatoriya və pansionatlarda yerləşdiriləcəklər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button