son xəbər

“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan

“Bakcell” şirkəti özünün nomre.bakcell.com səhifəsini yeni dizaynla istifadəyə verib. Yenilənmiş sayt vasitəsilə abunəçilər istədikləri nömrəni rahatlıqla axtara, kateqoriyalar üzrə seçə və sifariş edə bilərlər.

Nomre.bakcell.com saytından istifadə etməklə abunəçilər həm 055 həm də 099 prefiksi ilə müxtəlif kateqoriyalı (sadə, bürünc, gümüş, qızıl, platin) nömrələri əldə etmək imkanına malikdirlər. Seçim zamanı nömrənin kateqoriyasına uyğun olan qiyməti ekranda əks olunacaq. İstədiyi nömrə mövcud olduğu təqdirdə, abunəçi sayt vasitəsilə onu sifariş verməli, sonra isə şəxsiyyət vəsiqəsi ilə “Bakcell”in rəsmi diler mağazalarından birinə yaxınlaşmalıdır.

Daha ətraflı məlumat üçün nomre.bakcell.com səhifəsinə daxil olun.

“Bakcell” xidmət və şəbəkə keyfiyyətini müntəzəm qaydada təkmilləşdirməklə abunəçilərini ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button