son xəbər

Nəsimi rayonunda Heydər Əliyevin xatirəsi anılıb – Fotolar

Dekabrın 10-da Nəsimi rayon İcra Hakimiyyəti və ADU-nun birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndərin həyat təcrübəsindən söhbət açıb: “Ulu öndər gənclərin düşüncələrini, ideyalarını daima dəstəkləyirdi. Gənclərin daha sağlam, daha savadlı və xoşbəxt olması üçün yorulmadan çalışırdı. Ulu öndər ancaq Azərbaycanın parlaq gələcəyini, millətin xoşbəxtliyini düşünürdü, müstəqilliyimizin əbədi olması üçün əlindən gələni edirdi. Bu gün biz qalib bir xalqıq, bu qalibiyyətin anlamını dərk etmək üçün ulu öndərin həyat fəaliyyətinə bir daha nəzər salmalıyıq”.

Anım mərasimində ADU-nun tələbələri Ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” şüarını video-rolik şəklində bir neçə xarici dildə səsləndiriblər.

 






Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button