son xəbər

Qarətçilər aptek müdirini yaraladılar

Qarətçilər aptek müdirini yaraladılar
Gədəbəydə üzü maskalı şəxs aptek müdirinin başına çəkiclə vuraraq onu qarət edib.

ANS PRESS-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, hadisə rayonun mərkəzində baş verib. Rayon sakini 65 yaşlı Əfraim Hacıyev axşam işlədiyi apteki bağlayıb evə gedərkən üzü maskalı bir nəfər arxadan ona yaxınlaşaraq başına çəkiclə 3-4 zərbə vuraraq yerə yıxıb. Daha sonra o Əfraim Hacıyevi bıçaqla hədələyib və üstündəki bütün pulları götürərək hadisə yerindən qaçıb.

Başından yaralanan Əfraim Hacıyev isə evə gəlib və yaxınları hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə və rayon polis idarəsinə məlumat verib. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatalogiya şöbəsinə gətirilib və başı rentgen olunub. Həkimlər Əfraim Hacıyevin vəziyyətinin yaxşı olduğu bildirirlər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button