son xəbər

Sabiq deputat və qohumları məhkəmə qərarından niyə narazıdır?

Sabunçu Rayon Məhkəməsinin hazırda Amerikada yaşayan eks-spiker Rəsul Quliyevin xeyrinə qətnamə qəbul etməsi sabiq deputat Qalib Salahzadə və onun dayıları Həmidağa Camalov, Əminağa Camalovun narazılığına səbəb olur.

Onlar redaksiyamıza müraciət edərək bildirirlər ki, hakim Tahirə Əsədova heç bir dəqiqləşdirmə aparmadan Daxili İşlər Nazirliyinin istirahət evinin cənub-şərq hissəsində yerləşən Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2, 3 və 9 ünvanlarında olan dəyəri 25 milyon dollarla ölçülən torpaq sahəsi və onun içərisindəki evlərin Rəsul Quliyevə məxsus olduğuna dair qətnamə qəbul edib.

Məlumat üçün bildirək ki, dəniz kənarında yerləşən və 1.1531 hektardan artıq ərazisi olan torpaq sahəsi Rəsul Quliyevin lideri olduğu Gələcək Azərbaycan Partiyasının sədri İbrahimov Ağasif Şakir oğlu tərəfindən zəbt edilib, əraziyə mühafizə polisi qoyulub.

Zərərçəkənlər bildirirlər ki, qeyd olunan ünvanda əslində onlara məxsus 8 ev var. Abşeron Texniki İnvertarlşdırma İdarəsinin verdiyi vəsiqələrdə həmin evlərin sahələri də göstərilib. Amma hakim Tahirə Əsədova qeyd edib ki, guya orada heç bir evi yoxdur. O zaman sual olunur, sahələri 213 kv.m, 74 kv.m, 66 kv.m və 381 kv.m. olan evlər haradadır? Hakim nə məqsədlə o evləri görməzlikdən gəlib? Rəsul Quliyev o mülkləri yaxın qohumları olan Quliyeva Xanım Rəsul qızı, Quliyev Pərvin Rəsul oğlu, Quliyeva Elmira Rəsul qızı və digərlərinin adlarına nə vaxt, hansı qaydada özəlləşdirib, ya da alqı-satqı edib? .

Q.Salahzadə qeyd edib ki, mübahisəli ərazidə Rəsul Quliyevin dünyasını dəyişmiş bacısı Ceyran Quliyevanın da adına torpaq sahəsinin olduğu iddia edilir. Amma Ceyran Quliyevanın oğlu Elbrus Quliyev mülk davası aparmadığı halda, Rəsul Quliyevin ABŞ vətəndaşları olan övladları Ağasif Şakiroğlunun vasitəsilə torpaq sahələrini qanunsuz zəbt ediblər.

Q.Salahzadə əlavə edib ki, Rəsul Quliyevin övladlarının adlarına olan bağ evlərinin alqı-satqısına dair sənədlər məhkəməyə təqdim olunmayıb.

“14 ildir ki, yaşadığım və qeydiyyatda olduğum evimə indi gedə bilmirəm. Rəsul Quliyevin adamı bağ evimin girişinə polislər qoyublar. Məni evimə buraxmırlar. Məhkəmə də araşdırma aparmadı. Mənim və digərlərinin adına olan evlərlə bağlı sənədlər yoxlanılmadı. Qərardan narazıyıq, yuxarı instansiyaya şikayət edəcəyik”, deyə o bildirib.

Zərərçəkənlə redaksiyamıza ünvanladıqları müraciətdə konkret faktlar göstəririlər.

“Biz Əmlak Komitəsinin 15.04.2022 ci il № 223020412092 nömrəli cavab məktubunda bizə deyirlər ki, 1.1531 hektar sahədə ümumi hasar daxilində torpaq və fərdi yaşayış evləri mövcuddur. Amma hakim Əmlak Komitəsinin məktubunu nəzərə almır və qərar çıxarır ki, orada 8 ədəd ev yoxdur.

Biz sübutlarla deyirik və göstəririk ki, evləri 1992-1994 cü ildə tikmişik. Qonşular şahiddirlər. Hakim Tahirə Əsədova qərar verir ki, evlər Rəsul Quliyev tərəfindən tikilib. Biz sübut edirik ki, torpaq Abşeron rayonun “Zəfəran” sovxozuna aiddir. Hakim Tahirə Əsədova isə qərar verir ki,yox Bakı bağlar idarəsinə aiddir. Biz sübut edirik ki, 40 ildən çoxdur ki, bağ bizim ailəyə məxsusdur. Hakim Tahirə Əsədova qərar verir ki,yox Rəsul Quliyevə məxsusdur. Biz hakimə sual verdik ki, məgər alqı-satqı Notariusda olub və ya siz mütəxəssis rəyi almısız? Əmlak Komitəsindən mütəxəssis dəvət etmisiz? Nə üçün aidiyyəti qurumlardan rəy almadan qərar çıxarırsınız? Bu kimin sifarişidir? Biz torpaqda ağaclar əkmişik, elektrik, su, qaz xətləri çəkmişik. 40 ildən artıqdır ki, vergi vermişik. Bütün bunların sənədlərini hakimə təqdim etdik, amma cavab verə bilmədi. Yəqin təqaüdə getdikləri üçün hakim Əşir Səmədov, İlqar Abasov da bilə-bilə bu cür hərəkət edirlər. Sual olunur, Rəsul Quliyevi bu hakimlərlə nə bağlayır? Bəlkə təqaüdə daha yaxşı “vəziyyətdə” çıxmaq istəyirlər?”

Q.Salahzadə qeyd edir ki, Sabunçu rayon Məhkəməsi hakimi İlqar Abbasov onunla iki saat təkbətək söhbət edib və deyib ki, bu göstəriş Prezident Aparatından gəlib. Hətta belə söz işlədib ki, bu məsələ ilə bağlı yuxarıdan göstəriş var. Amma konkret ad çəkmirlər. Müxtəlif təşkilatlara yüzlərlə şikayət ərizəsi göndərmişik. Bir adam bizə müraciət edib soruşmur ki, barəsində cinayət işi olan Rəsul Quliyevlə sizin mübahisəniz nəyə görədir? Ağasif Şakir oğlu 33 yaşlı gəncdir. O, bir nəfər gənclə yanıma gəlib əvvvəlcə 500 min, sonra 300 min manat pul istədi. Dedi ki, verməsəniz başqa üsullara əl atacağıq. Mən onları otağımdan qovdum ki, müxalifətə heç vaxt bir qəpik pul verən deyiləm. Məni şantaj edə bilməzsiniz. Mənim Rəsul Qiliyevə heç bir borcum yoxdur”.

Q.Salahzadə qeyd edir ki, Quliyevlərin iddia etdiyi torpaq sahəsi Rusiya Səfirliyinin Bilgəhdəki ərazisinə düşür: “Ora hazırda boş sahə kimi qalıb. Rəsul Quliyev kimi radikal siyasətçini hakim Tahirə Əsədova, İlqar Abbasov, Əşir Səmədov niyə müdafiə edirlər. Hakim özü göstərir ki, bizə məxsus evlərin qeydiyyat vəsiqəsi var və biz həmin evlərdə qeydiyyatdayıq .Bağ sahələri harada yerləşir və əllərində olan bağlar hansı əraziyə düşür. Yoxsa Ağasifin 2010 cu ildə neçə yaşı olub ki,(10 yaşı olub) Məhkəmə icraçıları olan zaman orada iştirak edib? Hakim Tahirə Əsədova qətnamədə göstərir ki, guya kimsə Hacı Qaliblə əlaqə saxlayıb danışıb. Bu həqiqət deyil. Bağ sahələrinin harada yerləşdiyinə dair xəritələr var. Niyə mütəxəssis çağırmırlar? 2010 cu ildə çıxan Qətnamədə boş torpaq sahəsi haqdadır, evlər göstərilməyib. Ağasif “bəyin” əlində olan sənədlərdə ünvan göstərilməyib. Bizim əlimizdə olan evlərin həm ünvanı var, həm də göstərilir ki, 3 evin neçə və nə qədər sahəsi var. Bunları Tahirə Əsədova özü Qətnaməsində göstərir”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button