son xəbər

“NAR” paytaxt sakinlərinə bayraqlar payladı – Fotolar

Tariximizin şanlı günlərinə xüsusi önəmlə yanaşan “Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“SAVAŞ” xəbər verir ki, 8 Noyabr Zəfər Günü və 9 Noyabr Bayraq Günü münasibətilə vətəndaşlara şanlı Azərbaycan bayraqları hədiyyə olunub.

Təşəbbüs “Nar” və AKTİ-dən 200 könüllünün birgə iştirakı ilə paxtaxtın mərkəzi küçələrində həyata keçirilib.

Bildirək ki, “Nar” öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Azərbaycan xalqına qələbə sevincini yaşadan qəhrəman əsgərləri və onların övladlarını, eləcə də hərbi əməliyyatlardan zərər çəkən mülki əhalini əhatə edən mühüm əhəmiyyətli layihələr həyata keçirməkdədir. Bu istiqamətdə mobil operatorun layihələri haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

AKTİ – İttifaqın missiyası Azərbaycanda könüllülük hərəkatının inkişafı üçün münbit şəraitin yaradılmasına dəstək vermək, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə yaxın olan könüllülüyün Azərbaycanda gündəlik həyat normasına çevrilməsinə nail olmaqdır. Hal-hazırda İttifaqın 23 üzv könüllü təşkilatları var ki, respublika üzrə onların hərməylik göstərərək birgə fəaliyyəti təşkil olunur.

 

 


Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button