son xəbər

“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafına töhfə vermək məqsədilə mobil
operator “Nar” bu il də NETTY milli internet mükafatına dəstək olur. Mükafatın münsifləri hər il
Azərbaycanın ən yaxşı İT layihələrini, mühüm veb-resursları və informasiya texnologiyaları
sahəsində peşəkarları müəyyən edib mükafatlandırır.

Müsabiqədən iştirak etmək istəyənlər hər birində 3 alt kateqoriya olan 7 nominasiya üzrə
ərizələrini təqdim edə bilərlər. Bu ilki nominasiyalar “Dövlət və cəmiyyət”, “İqtisadiyyat və
Biznes”, “Maliyyə və banklar”, “Elm, Təhsil və İnnovasiyalar”, “Səhiyyə, İdman və Turizm”,
“İnformasiya və Xəbərlər” və “Mədəniyyət, İncəsənət və Yaradıcılıq” olaraq müəyyən edilib.
İştirak üçün müraciət netty.az saytında, onlayn qaydada qeydə alınır. İştirak ərizələrinin qəbulu
üçün son gün 30 noyabr tarixidir.

Qeyd edək ki, müsabiqə “Nar”-ın əsas tərəfdaşlığı ilə keçirilir. “Nar” özünün çoxşaxəli korporativ
sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda yerli İT sahəsinin inkişafına və
müxtəlif yenilikçi layihələrin tətbiqinə dəstək olur.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.
“Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil
operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün
xidmət təqdim edir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button