Onlar rahatlıqla tərk edirlər – Ən ETİBARSIZ BÜRCLƏR

Həm sevgi münasibətlərində, həm də dostluqda sadiq insanlar olduğu kimi əksi davranışlar sərgiləyənlər də var. Onlar üçün hər şey oyundur. Bu, sevgi münasibətlərində özünü daha çox biruzə verir. Ümumiləşdirmə hər nə qədər düzgün olmasa da, astrologiyaya görə belə insanlar əsasən 4 bürc altında dünyaya gəlirlər.
Savash.org həmin bürcləri oxucularının diqqətinə çatdırır:
TƏRƏZİ
Tərəzilər çox mehriban, şirin və gülərüzlü insanlardır. Onlar həyatlarındakı insanlara dəyər versələr də, bir müddətdən sonra dəyişib tamamən uzaq olurlar. Tərəzi bürcü ən xəyanətkar insanların bürcüdür. Onlar qərar verməkdə çətinlik çəkir və verdikləri qərarlarının arxasında da dura bilmirlər.Gözəlliyə vurğundurlar, gözəl olan hamını, hər şeyi sevirlər. Buna görə də başqa bir gözəl varlığa rast gəldikdə düşünmədən və çox soyuqqanlılıqla tərk edib gedirlər.
ƏKİZLƏR
Ən xəyanətkar bürclərdən biri də Əkizlərdir. Onlar əyləncəyə meyilli olduqları üçün flirt etməyi xoşlayırlar. Sevdikləri insan onların hiperaktiv həyatına uyğunlaşa bilmədikdə sıxılırlar. Daim yeniliyə meyil edən Əkizlər bir müddət sonra xəyanət edir. Xəyanət Əkizlər bürcündən olan insanlara əyləncə kimi gəldiyinə görə bunu ciddi problem də hesab etmirlər.
QOÇ
Qoçlar kəmhövsələ və rəqbətçidirlər. Onlar sizi romantik sevgiyə qərq etsələr də bir müddətdən sonra soyuq davranışlar sərgiləyirlər. Qoç bürcü insanları da Əkizlər bürcü insanları kimi yeniliyi sevirlər. Bu da onları xəyanətə yönəldir. Onlar sevgidə də davamlı deyillər. Bu gün dəli divanə aşiq olduqları birinə 3 gün sonra xəyanət edə bilərlər.
BALIQLAR
Romantik olaraq tanınan Balıqlar bürcü insanları da xəyanətə meyillidir. Onlar üçün əldə edilə bilməyən və ya çətin əldə olunan həmişə daha cazibədardır. Bu xüsusiyyət onları xəyanətə sövq edir.
Çağatay