Hüquq müdafiəçisi Elnur Azərsoy təşkilatın fəaliyyətini bərpa edəcəklərini bildirdi

Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatının aktiv fəaliyyətə keçdiyi bəyan edildi.
Bir neçə il əvvəl yaradılan Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatının(VHM) uzun müddət idi ki, fəaliyyətinin zəiflənməsi müşahidə olunsa da, bu günlərdə təşkilatın aktivliyi müşahidə olunmaqdadır.
Adıçəkilən təşkilata rəhbərlik edən tanınmış yazar Elnur Vaqifoğlunun yeni -Azərsoy təxəllüsü ilə ictimai-siyasi arenaya çıxması yeni dünya düzənində təşkilatın ciddi siyasi layihələrə start verməsi anlamı kimi də başa düşülə bilər.
vhm.az saytının əməkdaşı ilə söhbətində VHM sədri Elnur Azərsoyun hətta yaxın günlərdə ölkədə və dünyada insan hüquqlarının mövcud durumu mövzusunda tədbir keçirəcəklərini də vurğuladı.