son xəbər

UEFA \”Qarabağ\”dan üzr istəyəcək: hakim cəzalanacaq

UEFA "Qarabağ"dan üzr istəyəcək: hakim cəzalanacaqAvropa Liqasının VI turunda “Qarabağ” və İtaliyanın “İnter” komandaları arasında keçirilmiş qarşılaşma heç bir halda yenidən oynanılmayacaq.

Bu barədə Sportnet.az-a UEFA-dakı mötəbər mənbələrdən bildirilib.

Mənbə deyib ki, “Qarabağ”ın qolunu saymayan çexiyalı baş hakim Miroslav Zelinka uzunmüddətli cəzaya məruz qalacaq. O, yalnız yanlış qərarı üzündən cəzalanacaq. UEFA rəsmisi matçın vaxtından tez yekunlaşdırıldığına dair fikirləri düzgün saymayıb.

Digər tərəfdən, “Qarabağ”a yanlış qərarla bağlı üzrxahlıq ediləcək. Çox güman ki, üzrxahlıq UEFA Hakimlər Komitəsi adından rəsmi məktubda əksini tapacaq. Mənbə olaya tezliklə hüquqi qiymət veriləcəyini də əlavə edib.

Qeyd edək ki, 0:0 hesabı ilə nəticələnən matçın 90+4-cü dəqiqəsində Miroslav Zelinka “Qarabağ”ın futbolçusu Riçard Almeydanın təmiz qolunu saymayıb. Çexiyalı referi köməkçilərinin xəbərdarlığından sonra ofsayd qeydə alıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button