son xəbər

Gültəkin Hacıbəylinin anası məhkəmədə dava saldı

Gültəkin Hacıbəylinin anası məhkəmədə dava saldıBu gün Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə sabiq deputat Gültəkin Hacıbəylinin işi üzrə məhkəmə prosesinin növbəti iclası olub.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesdə Gültəkin Hacıbəylinin anası Fatimə Qarayeva şahid qismində ifadə verib. Bundan sonra o, keçmiş kürəkəni Mahmud Mehdiyevin suallarını cavablandırıb.

Mahmud Mehdiyevin sualından qəzəblənən Fatimə Qarayeva keçmiş kürəkənini təhqir edib və bununla da tərəflər arasında qalmaqal yaranıb.

Hakim Sərdar Mehrəliyev isə Fatimə Qarayevanı iclas zalından çıxarıb. Zaldan çıxarılan F.Qarayevanın vəziyyəti pisləşib, ona ilkin tibbi yardım göstərilib.

Məhkəmə dekabrın 17-də davam edəcək.

Qeyd edək ki, Mahmud Mehdiyev və bacısı Aynur Mehdiyeva məhkəməyə müraciət edərək G.Hacıbəylinin xüsusi ittiham qaydasında – CM-in 147-ci maddəsinə (bu maddə şəxsin şərəf və ləyaqətini KİV-də ləkələyən yalan məlumatların yayılmasına görə cəza verilməsini nəzərdə tutur) əsasən cəzalandırılmasını istəyiblər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button