“Xeyli arıqlayıb, çəki itirib. Ona aclığı dayandırmağı təklif etdim. Tofiq Yaqublu isə aclığı davam etdirməkdə israrlıdır. Su və duz qəbulu mütləqdir, amma Tofiq bəy suyu da düzgün qəbul etmir. Bu da onun zəifləməsinə gətirib çıxarır”.
Savash.org xəbər verir ki, bu sözləri bu gün təcridxanada Tofiq Yaqublunu müayinə etmiş tibb elmləri doktoru, professor Adil Qeybulla deyib:
Həkim bildirib ki, vəziyyəti Tofiq Yaqubluya izah edib, ona həyatı üçün böyük təhlükə olduğu xatırladılıb:
“İnsan hərəkət edə bilər, amma ürək qəfildən dayana bilər. Onun yaşı, Qarabağ döyüşlərində iştirakı, travmalar alması, bir müddət öncə, əməliyyat keçirməsi vəziyyəti daha da çətinləşdirir.
Ondan xahiş etdim ki, heç olmazsa, sizə venadaxili infuzi edək, razılaşdı, bir litr maye, vitaminlər köçürdük. Bu, həm də ilkin tibbi yardımdır. Tofiq bəy aclığı dayandırsaydı, daha yaxşı olardı, amma o, bunu etmədi. Həkim kimi situasiyanın ciddi olduğunu bir daha bəyan edirəm.
Siyasi hakimiyyətdən, Prezident İlham Əliyevdən xahiş edirəm ki, Tofiq bəy barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılmasına yardımçı olsun”