ABŞ-dakı etiraz aksiyaları zamanı baş verən iğtişaşlarda özgə barmağının olması və Rusiya tərəfindən maliyyələşdirilməsi mümkündür.
Savash.org Qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri eks ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri Süzan Rays bildirib.
Fox News-un verdiyi məlumata görə, Rays dinc etiraz aksiyasını iğtişaşlara çevirmək üçün ruslar sosial şəbəkələr vasitəsilə ekstremistləri təhrik edərsə, təəccüblənməyəcəyini bildirib. O həmçinin əlavə edib ki, “ruslar bunu bu və ya digər şəkildə maliyyələşdirə bilər”, lakin o, iddialarını dəstəkləyəcək heç bir dəlil təqdim etməyib.
Xatırladaq ki, Afro-amerikalı Corc Floydun Minnesota ştatında polis tərəfindən saxlanıldıqdan sonra ölümü ilə əlaqədar bir çox şəhərlərdə geniş etiraz aksiyaları keçirilir.