Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib.
SAVASH.ORG xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri aprelin 28-də özünün Telegram kanalında məlumat yayıb.
Partlayışın başvermə səbəbləri və nəticələri ilə bağlı təfərrüatlar açıqlanmayıb. Eyni zamanda, Kiyev və Çerkassı vilayətlərində hava hücumu xəbərdarlığı səsləndirilir.
Rusiya Müdafiə Nazirliyi partlayışla bağlı məlumatı şərh etməyib.
Aprelin 28-də səhər saatlarında Ukrayna mətbuatı Kiyevin nəzarətində olan Zaporojye şəhərində partlayış baş verməsi, sənaye obyektinə ziyan dəyməsi barədə məlumat yayıb. Xerson vilayətinin Kiyevin nəzarətində olan hissəsində infrastruktur zədələnib, eləcə də Xmelnitski rayonunda partlayış səsləri eşidilib.
ORXAN HƏSƏNLİ
SAVASH.ORG